Xəbərlər
“Sülh, inkişaf və sabitlik”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Lək ərazi partiya təşkilatında Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri ilə əlaqədar “Sülh, inkişaf və sabitlik” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və bu münasibətlər regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin əsas təminatlarından biridir. Qeyd olunub ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Gündüz Bayramov eyni zamanda vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan regional layihələr iqtisadi inkişafın sürətlənməsinə və xalqlar arasında əlaqələrin dərinləşməsinə geniş imkanlar yaradır.
Sonra tədbirdə çıxış edən partiya üzvləri Kamandar Əliyev, Səfər Abbasov, Şahnazə Əliyeva, Müslümə Namazova və Sevda Nəsimova vurğulayıblar ki, Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. Bildirilib ki, həyata keçirilən birgə layihələr regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu əməkdaşlıq bütövlükdə Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.
