YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının “Yavər Əliyev küçəsi 4” ünvanı üzrə ərazi partiya təşkilatında (SOCAR-ın Geologiya və Geofizika İdarəsi) partiya fəalları ilə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, ərazi partiya təşkilatının sədri Ziya Rəhimov, sədr müavini Heydər Kazımov bildiriblər ki, müasir müstəqil Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ilə sıx bağlıdır. Qeyd olunub ki, YAP müstəqilliyin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynayaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib.

Vurğulanıb ki, bu gün YAP yalnız siyasi təşkilat deyil, həm də dövlətçilik ənənələrini yaşadan, onları müasir dövrün tələblərinə uyğun inkişaf etdirən böyük siyasi məktəb və milli ideoloji platformadır.

Partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramının uğurla icrası və regionda formalaşan yeni geosiyasi reallıqlar bunun bariz nümunəsidir.

Tədbirin sonunda partiya üzvü Əhmədova Arzu Dəmir qızına 60 illik yubileyi münasibətilə diplom və hədiyyə verilib.