YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən Dağ-Cəyir kənd ərazi partiya təşkilatının ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatının nümayəndələri, partiya fəalları və könüllülər iştirak ediblər.

Aksiya zamanı Dağ-Cəyir kəndi ərazisində 100 ədəd şam ağacı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilib, suvarma işləri həyata keçirilib.

Belə aksiyaların keçirilməsində məqsəd ətraf mühitin qorunması, rayon ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına töhfə verməkdir.