YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP müasir Azərbaycanın inkişafında mühüm rol oynayır

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında partiya veteranları ilə gənclərin görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. O, partiyanın veteran üzvlərinin dövlətimizin inkişafı yolunda göstərdikləri əvəzsiz xidmətlərdən, həmçinin Heydər Əliyev irsinin öyrənilməsi və təbliğindəki mühüm fəaliyyətlərindən bəhs edib.

Görüşdə çıxış edən partiya veteranları Tofiq Zeynalov, Əli Bədəlov və Səfa Zeynalov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının sıralarında uzun illər fəaliyyət göstərməkdən qürur duyduqlarını vurğulayıblar. Onlar çıxışlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında gənclərin göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs ediblər. Eyni zamanda gəncləri vətənpərvər olmağa, ölkəmizin gələcək inkişafı naminə əzmlə çalışmağa, elm və təhsilə xüsusi önəm verməyə, ictimai həyatda fəal iştirak etməyə çağırıblar.

Ağcabədi Pedaqoji Kollecinin ərazi partiya təşkilatının sədri Rövşən Bayramov, Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Asiya Şirinova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Susana Süleymanzadə çıxış edərək bildiriblər ki, partiya veteranlarının zəngin təcrübəsi, bilikləri və Heydər Əliyev ideyalarına sədaqəti gənc nəsil üçün örnəkdir.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən, yubiley yaşı tamam olan bir qrup partiya veteranına, gənc YAP fəalına fəxri fərman və hədiyyələr, həmçinin gənc könüllülərə sertifikatlar təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.