YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zirvələrə addımlayaq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Qusar rayonunun Düztahir, Giçan,Əcəxur, Böyük Muruq kəndlərinin seçiciləri  ilə görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, təşviqat qrupunun üzvləri General Sadulov, Arif Xəlilov, Günel Hacıyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dövlətçilik tariximizin zirvəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan qələbə ilə torpaqlarımızın işğaldan azad olunması, eləcə də ötən il keçirilmiş lokal antiterror tədbirləri ilə suverenliyimizin tam bərpasıdır. İndi isə azad olunan ərazilərimizdə həyat canlanır.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini və Azərbaycanın parlaq gələcəyinə səs verəcəklərini deyiblər.