YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Nəsillərin görüşü”

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Nəsillərin görüşü” adlı tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, partiya veteranları - Əməkdar həkim Sabir Novruzov, Əməkdar müəllim Nazim Bayramov, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, Əməkdar jurnalist Hüseyn Əsgərov, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov və tanınmış mühəndis Səttar Nəsirov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri barədə danışıblar.

Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.

Bu gün Azərbaycan gəncləri müxtəlif sahələrdə mühüm uğurlara imza atır, bilik və bacarıqlarını cəmiyyətin inkişafı naminə səmərəli şəkildə ortaya qoyurlar.

Müasir Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi, humanitar və sosial həyatında fəal mövqeyi ilə seçilir, həyata keçirilən layihə və təşəbbüslərin uğurla reallaşdırılmasında aparıcı qüvvələrdən biri kimi çıxış edir.

Daha sonra YAP sıralarına yeni qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri, partiya sıralarında könüllülük fəaliyyətində və ərazi partiya təşkilatında siyasi-ideoloji işin təşkilində fərqlənən partiya üzvlərinə təşəkkürnamə və hədiyyələr, Əməkdar jurnalist, yazıçı-publisist Hüseyn Əsgərova isə 70 illik yubileyi münasibətilə hədiyyə təqdim olunub.