Xəbərlər
Nümunəvi inkişaf modeli
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Qax rayonunda seçicilərlə görüş keçirilib.
Görüşə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, təbliğat qrupunun üzvü, müharibə iştirakçısı Polad Seyidli və digərləri çıxış ediblər. Bildirilib ki, dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğurlarını şərtləndirən ən mühüm amillərdən biri də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Natiqlər seçiciləri 7 fevralda səsvermə hüquqlarından istifadə etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər səsvermə günü seçimlərinin Azərbaycanı dünyada güclü və qalib ölkə kimi tanıtdıran cənab İlham Əliyev olacağını bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.