Xəbərlər
Hər bir azərbaycanlının Prezidenti!
Xızı rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Xızı rayonunun Tıxlı kəndində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, təşviqat qrupunun üzvləri İlhamə Hüseynova və Mahizər Rzayeva çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan 2003-2023-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Natiqlər ölkəmizin gələcək inkişafı naminə seçiciləri ən layiqli namizədə - cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.