YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlarımız gələcəyə nikbin baxmağa əsas verir

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Şahbuz rayonunun Mahmudoba kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov qarşıdan gələn prezident seçkilərinin xalqımız üçün böyük siyasi hadisə olduğunu deyib. O qeyd edib ki, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçərək sosial-iqtisadi və hərbi sahələrdə böyük uğurlara nail olub: “Ən böyük nailiyyətimiz isə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu seçkiləri Zəfər seçkisi kimi dəyərləndirir. Bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa əsas verir”.

Prezident seçkilərinin Azərbaycan xalqının yeni qələbələr naminə cənab İlham Əliyevə qətiyyətli dəstəyinin növbəti ifadəsi olacağı əminliklə vurğulanıb.