Xəbərlər
Milli maraqlarımızın təminatçısı
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Ordubad rayonunun Düylün və Çənnəb kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, Milli Məclisin deputatı Cəbi Quliyev, təşviqat qrupunun üzvləri Məhərrəm Əliyev, Pərvanə Rzayeva çıxış ediblər.
Çıxış edənlər ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində atılan addımlardan danışıblar. Bildirilib ki, ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən birinə çevrilib.
Seçicilər isə söyləyiblər ki, onların seçimi ölkəmizə parlaq qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan qalib Lider İlham Əliyevdir.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində həmin gün Ordubad rayonunun gənc seçiciləri ilə də görüş keçirilib.