Xəbərlər
Suraxanı rayonunda seçicilərlə növbəti görüş...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də partiyanın Suraxanı rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, partiyanın Mərkəz Seçki Qərargahının üzvü Bəhruz Quliyev, təşviqat qrupunun üzvü, şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurların davam etməsi çox vacibdir. Bunun üçün 7 fevralda keçiriləcək seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyin əhəmiyyəti qeyd olunub.
Seçicilər isə 7 fevralda qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, kampaniya çərçivəsində Suraxanı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib, şəhid ailələri ziyarət olunub.