Xəbərlər
Culfada “Qalib xalqın qalib Lideri!” şüarı altında görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Culfa şəhəri və rayonun Gülüstan kəndinin seçiciləri ilə görüş keçirilib.
Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri Pərvin Həsənov, Alim Nəcəfov, Aysel Səfərova, Xanım Tağıyeva çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqli davamçısı cənab İlham Əliyev praqmatik siyasətçi, tarixi şəxsiyyət və güclü liderdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu ölkəmizin suverenliyi və ərazi bütövlüyünü bərpa etdi, Xankəndidə və digər regionlarda üçrəngli bayrağımız qaldırıldı.
Görüş zamanı seçicilər qeyd ediblər ki, qarşıdan gələn prezident seçkilərində yalnız və yalnız qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevə İlham Əliyevə səs verəcəklər.