YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionun sülh və əməkdaşlıq məkanıdır

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı

Öz ərazi bütövlüyünü bərpa edən, möhtəşəm zəfərə imza atan Azərbaycan günü - gündən inkişaf edir, 30 il ərzində erməni terrorçularının işğalıında qalan, xarabalığa çevrilən kəndlərimiz, şəhərlərimiz əvvəlki axarına qayıdır. Bunun üçün ölkəmizin kifayət qədər resursları, iqtisadi potensialı var. Məhz bunun üçün dünyada etibarlı tərəfdaş kimi qəbul olunan müstəqil Azərbaycan bu gün zamanın gündəmə gətirdiyi vacib məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin, qlobal forumların, konfransların keçirildiyi unikal məkana çevrilib.

Azərbaycanın keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivləri ölkə başçısının dünyanın nüfuzlu televiziya kanallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələrində tam təsdiqini tapır. Dekabrın 9-da "Euronews"da yayımlanan müsahibəsində Prezident cənab İlham Əliyev dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olduğu uğurlardan danışanraq bildirib ki, biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.

44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək regionda yeni reallıqlar yaradan Azərbaycanın əsas hədəfi insanların xoşbəxt və firavan gələcəyininə, bəşəriyyətə mühüm töhfələr verməkdir.

“Euronews” televiziyasına müxbirinin “Siz regionunuzda nəyi müşahidə edirsiniz - rəqabət, yoxsa əməkdaşlıq?” sualına cavab verən Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır.

Bəli, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən regional güc kimi qəbul edilir. Dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət aldığı halda Azərbaycanda sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizlə ölkəmiz bölgədə yeni reallıq yaratdı. Azərbaycan regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı oldu, həm də icraçısı. Bu layihələr təkcə Azərbaycana deyil, regiona sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirdi.

Dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan dövlətimizin başçısı İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə ölkəmizin regionda yaratdığı yeni reallıqların, dövlətlərimizin, xalqlarımızın böyük nailiyyətlərinin, uğurlarının dünyaya çatdırılmasında növbəti addım oldu.