YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu hücum regionda sabitliyə ciddi təhlükə yaradır

Bəxtiyar İslamov

YAP Gənclər Birliyinin sədri

İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə həyata keçirilmiş hücum ciddi narahatlıq doğuran və qəti şəkildə pislənilməli hadisədir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində mülki infrastruktura, xüsusilə də insanların istifadə etdiyi hava limanına zərbə endirilməsi qəbuledilməz addımdır.

Azərbaycan dövləti hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Ölkəmizin ərazisindən İran və ya hər hansı başqa dövlət üçün heç vaxt təhlükə olmayıb. Əksinə, Azərbaycan çətin məqamlarda da humanitar və mənəvi dəstək göstərən dövlət kimi çıxış edib. İranın Ali liderinin vəfatı ilə bağlı Prezident İlham Əliyevin dərhal başsağlığı verməsi və İran səfirliyini ziyarət etməsi də bunun açıq göstəricisidir.

Belə bir şəraitdə mülki infrastruktura qarşı bu cür hücum ciddi suallar doğurur. İran tərəfi baş vermiş hadisəyə dərhal aydınlıq gətirməli, izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir və bu kimi təxribatların cavabsız qalmayacağını hər kəs yaxşı bilir. Mülki infrastruktura qarşı həyata keçirilən bu cür hücumlar regionda sabitliyə ciddi təhlükə yaradır və heç bir halda qəbul edilə bilməz.

İran tərəfi anlamalıdır ki, Azərbaycan dövlətinin təhlükəsizliyinə qarşı yönəlmiş bu kimi addımlar mütləq şəkildə adekvat qiymətini alacaq.