YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zəfərlərə hədəflənən tarixi qərar

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi daha xoşbəxt gələcəyimizə hədəflənən tarixi qərar olmaqla, bütöv bir xalqın istəyinin təcəssümüdür.

20 il öncə Azərbaycan xalqı sülhün, əmin-amanlığın, inkişa­fın və sabitliyin tərəfin­də olduğunu nümayiş etdirməklə, cənab İlham Əliyevi Prezident seçərək ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərmişdir. Qədirbilən xalqımız “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Prezident İlham Əliyevin fəaliyyəti dövründə vədinə əməl etdiyinin və sözün əsil mənasında hər bir Azərbaycanlının Prezidenti olduğunun şahididir.

Prezident İlham Əliyev ilk öncə demokrati­yanın milli kimliyimizlə uzla­şan bir sistem olduğunu dünyaya sübut etdi, intellektual əsaslara söykənən moder­nist cəmiyyət formalaşdıra bildi və Azərbaycan xalqının istəyinə uyğun şəkildə ölkəyə rəhbərlik etmək imkanlarına malik tarixi şəxsiyyət olduğunu sübut etdi. Cənab İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin maraqlarını əsas götürərək dünyada gedən proseslərə təsir göstərmək, beynəlxalq təşkilatları məhz insan amilinə xidmət etməyə yönəltmək kimi məzmunlu siyasət həyata keçirən bir şəxsiyyət kimi dünyada tanınır.

Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Tək­cə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çox­şaxəli inkişaf strategiyalarının prakti­ki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabrında nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir.

Prezident İlham Əliyevin si­yasi müdrikliyi nəticəsində ölkəmiz dünyada söz sahibinə çevrilib. Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik ta­riximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev “Böyük Qələbə”ni Azərbaycan xalqına bəxş etməklə, həyatını xalqımızın xoşbəxt­liyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaş­dırmış oldu. Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti siyasi yüksəlişinin növbəti mərhələyə keçid edərək, tərəqqidən zəfərə yol açdı və Qarabağda suveren hüquqları­mız tam bərpa edildi.  Məhz onun sayəsində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir Azərbay­canın qüdrətinə çevrildi.

2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi Böyük Zəfərdən sonra bütün Azərbaycan xalqının ona bəslədiyi dərin hörmət, böyük inam və etimadının ən yüksək təzahürüdür.  Xalqın öz qəhrəman oğluna inamı və etimadı ona görədir ki, Prezident İlham Əliyev Azərbaycanın tarixi qələbəsini təmin etdi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, xalqımıza möhtəşəm günlər yaşatmaqla mübarizə ruhunu özünə qaytardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi və xoş halımıza ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərimizdə vətəndaşlarımız öz seçki hüquqlarından istifadə edəcəklər.