Xəbərlər
Xalq namizədini dəstəkləyir
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 15-dekabrda keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürüldü və bu qərar yekdilliklə qəbul edildi.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2024 cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. İlk dəfə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində xalq cənab İlham Əliyevi Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirərkən qeyd etdi ki: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirdi və ən əsası Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına nail oldu. Bu gün Azərbaycan reallıqlarından çıxış edərək qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev insanların birmənalı şəkildə inandığı, güvəndiyi və gələcəyini etibar etdiyi bir liderdir. Bu gün Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunmuş məkanlar cənnətə çevirilir və öz ata-baba yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdırlar.