YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

UNICEF “The Guardian”ın Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məqaləsinə cavab verdi

Böyük Britaniyanın “The Guardian” qəzeti UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirierin sözügedən mətbuat orqanının “Bakı-2015” birinci Avropa Oyunları barədə bu beynəlxalq təşkilatın mövqeyi ilə bağlı həqiqətə uyğun olmayan məqaləsinə cavab məktubunu dərc edib.

Cavab məktubunda deyilir: “UNICEF beynəlxalq idman tədbirlərinin Azərbaycandakı uşaqların diqqətini daha təhlükəsiz və əhatəli idman çağırışlarına cəlb edəcəyinə inanır. Əminliklə deyə bilərik ki, “Bakı-2015” ilə bu proses artıq başlayıb. Bu Oyunların yaratdığı fürsətdən yararlanan UNICEF on beş mindən artıq uşaq və gənc arasında onlayn müşavirə keçirib. Bu tədbir sayəsində uşaqlar hökumət rəsmilərinə əhatəli və təhlükəsiz idman haqqında fikirlərini bildiriblər. Azərbaycanda uşaqların 90 faizindən çoxu idmanı həyat üçün vacib amillərdən hesab edir.

UNICEF “Bakı-2015”-in Azərbaycandakı uşaqlar və gənclər üçün vacib addım olduğuna inanır”.