YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyevin ideyaları ilə formalaşan müasir Azərbaycan”

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyevin ideyaları ilə formalaşan müasir Azərbaycan” mövzusunda tədbir keçirilib. 

Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova və Səbinə Xasayeva, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Xaqani Tağıyev, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru İsaxan Vəliyev, ziyalılar, ictimai fəallar, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Ümummilli Liderin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini vurğulayıb, onun müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycanın güclənməsində müstəsna rol oynadığını qeyd edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası məhz Heydər Əliyevin ideyaları əsasında formalaşaraq bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi dövlətçiliyin möhkəmləndirilməsinə və milli maraqların təmin olunmasına mühüm töhfələr verir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və Səbinə Xasayeva, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru İsaxan Vəliyev və şəhid atası Rza Nəbiyev Ümummilli Liderin zəngin dövlətçilik irsindən, Onun milli dövlət quruculuğundakı əvəzsiz xidmətlərindən və bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər. Vurğulanıb ki, Heydər Əliyev irsi yalnız tarixi yaddaş deyil, eyni zamanda müasir Azərbaycanın inkişafına istiqamət verən mühüm və davamlı dövlətçilik fəlsəfəsidir.

Tədbirdə uzun illər partiya sıralarında səmərəli fəaliyyət göstərən veteranlar və ictimai-siyasi fəallığı ilə seçilən şəxslər fəxri fərmanlarla təltif olunub. YAP-a yeni üzv qəbul edilmiş şəxslərə vəsiqələr təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.