YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluğumuz münasibətlərimizdə dərin köklər salıb

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan-İtaliya çoxölçülü münasibətləri strateji tərəfdaşlıq xarakterinə malikdir. 20 fevral 2020-ci il tarixində Roma şəhərində Azərbaycan Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir. Hər iki ölkənin dövlət və hökumət başçılarının  qarşılıqlı səfərlərinə diqqət yetirsək dinamikliyini görərik. Bu, münasibətlərimizin  yüksələn xətlə inkişafının, qarşılıqlı etimad mühitinin qorunmasının göstəricisidir. Prezident İlham Əliyevin  İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında  bir daha əlaqələrimizin inkişaf yoluna nəzər salındı, yeni əməkdaşlıq istiqamətləri müzakirə edildi, iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayan biznes-forumun keçirilməsi təşəbbüsü irəli sürüldü. “İtaliya bazarı bizim üçün çox maraqlıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur. O da qeyd edildi ki, əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların sayının  daha da çox olmasını istərdik.  O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.

Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir. Mədəniyyət sahəsində qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Xalqlarımız arasında mövcud olan əlaqələr  memarlıq, musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənir. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması mühüm hadisədir. Cənab İlham Əliyev mətbuata bəyanatında  “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır” söyləyərək vurğuladı ki, Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir. Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq isə  İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatında qeyd etdi ki,  dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Burada, Bakıda  Prezident Sercio  Mattarellanın iştirakı ilə Azərbaycan Diplomatik Akademiyasının nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Yekun nəticədə bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bu gün həm mədəniyyət, həm ərzaq təhlükəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır. Bütün bunlar eyni istiqamətdə inkişaf edir.

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya əlaqələri nümunədir. Hər bir səfər münasibətlərin  yeni istiqamətlər üzrə uğurla inkişafında əhəmiyyətli rol oynayır.