YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan diaspor təşkilatı Almaniyada qondarma “erməni soyqırımı” ilə bağlı tədbirə etiraz edib

Almaniyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi Ermənistanın işğalçı siyasətini davamlı ifşa edən tədbirlər təşkil etməklə yanaşı, ermənilərin ölkəmizin milli maraqlarına zidd əməllərinin qarşısını almağa çalışır. Belə aksiyalardan biri bu yaxınlarda Berlin Nümayəndələr Palatasının qarşısında keçirilib.
Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyi bir vaxtda ermənilərin qondarma “erməni soyqırımı”nın “100-cü ildönümü” ilə əlaqədar tədbir keçirmək cəhdləri Azərbaycan diasporunun nümayəndələrinin hiddətinə səbəb olub. Azərbaycan Tələbə Şəbəkəsinin təmsilçiləri türkiyəli tələbələrlə birlikdə tədbir keçirilən binanın qarşısında aksiya keçiriblər. Aksiya zamanı “erməni soyqırımı” ilə bağlı tədbirə dəvət olunmuş qonaqlara Xocalı faciəsi və Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar barədə kitabçalar paylanılıb. Ermənilərin təşkil etdiyi tədbirin iştirakçıları iclas zalına əllərində bu kitabçalarla daxil olublar. Aksiyanın məqsədi ermənilərin Almaniya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış məlumat yaymasının qarşısını almaq və Ermənistanın işğalçı siyasətini ifşa etmək olub.