Xəbərlər
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif edilməsi haqqında Sərəncam imzalayıb
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş 19 nəfər “İgidliyə görə”, 20 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.