YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupun iclası keçirilir

Martın 4-də Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası işə başlayıb.
İclasda bu il Astanada keçirilməsi nəzərdə tutulan sammitin gündәliyi vә tarixi də müәyyәnlәşdiriləcək.
Azәrbaycanın xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfov, İranın xarici işlər nazirinin müavini İbrahim Rәhimpur, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iclasda iştirak edirlәr.
Xələf Xələfov iclasda çıxış edərək deyib ki, Azərbaycan Xəzər dənizinin statusu ilə bağlı məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həllinin tərəfdarıdır.

 

DİGƏR Xəbərlər Arxiv