YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir

Bir çox əcnəbilər getdikləri yerin Azərbaycanın işğal olunmuş əraziləri olduqlarını bilirlər. Azərbaycan  20 ildən çoxdur bu kimi addımların qarşısını almaq üçün müvafiq beynəlxalq qurumlara müraciətlər edir». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycanın həmin səfərlərin qarşısını almaq mexanizmi yoxdur.  Onun sözlərinə görə, hazırki şəraitdə Azərbaycan  BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq qurumlara müraciət edir ki, bu kimi hadisələrin qarşısı alınsın.

«Ancaq çox təəssüflər olsun ki, həmin təşkilatlar da ikili standartlardan çıxış edir. Ümumiyyətlə,  bu cür mövqe ikiüzlülükdən, riyakarlıqdan başqa bir şey deyil. Ona görə də, bu məsələdə Azərbaycanın bir yolu var. Bu da torpaqlarımızın işğaldan azad olunmasıdır»- deyə, E.Məmmədov vurğulayıb.