Xəbərlər
Ümummilli Liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Bu sözləri dekabrın 12-də ümummilli lider Heydər Əliyevin məzarını ziyarətə gələn Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üzvü, Böyük Britaniyanın Qlazqo Universitetinin tələbəsi Toğrul Məmmədli eksklüziv müsahibəsində deyib.
Toğrul Məmmədli bildirib ki, gənclərə hər zaman diqqət göstərən, onların qayğısının, problemlərinin həllinə xüsusi fikir verən Ümummilli Liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Ulu öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
Azərbaycan gəncliyi hər zaman Ulu Öndərin xatirəsini əziz tutacaq, dövlətimizin qüdrətinin artması, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin inkişafı üçün həyata keçirilən işlərdə yaxından iştirak edəcəkdir.