Xəbərlər
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağstafada şəhid ailəsi ziyarət olunub
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yenigün kəndində Vətən müharibəsi şəhidi Rusif Asim oğlu Quliyevin ailəsini ziyarət ediblər.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev şəhidin qızı balaca Təranəni bayram münasibətilə təbrik edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir.