YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Türkiyəyə satdığı təbii qazın həcmini artıracaq, qiymətini aşağı salacaq

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ankarada birgə mətbuat konfransı keçiriblər.
Prezidentlər iki ölkə arasında münasibətlərin inkişafı, beynəlxalq proseslər, regional münaqişələrin həllinə qarşılıqlı yardım və digər məsələlər barədə fikirlərini bölüşüblər.
Qeyd edilib ki, Türkiyədə Atom Elektirik Stansiyasının tikintisi ilə bağlı əhəmiyyətli razılıq əldə olunub.
Bundan başqa, Rusiya Türkiyəyə satdığı təbii qazın həcmini 3 milyard kubmetrə qədər artıracaq. Gələn il yanvarın 1-dən isə Rusiya mavi yanacağın satış qiymətini 6 faiz aşağı salacaq.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafına dair bir sıra sənəd imzalanıb.