YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: İstənilən vaxt Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hərbi əməliyyatlar yenidən başlaya bilər

«ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin əsas nəticəsi ondan ibarətdir ki, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müharibəyə çevrilməsinin qarşısını ala biliblər. Onlar buna görə də çox zaman öyünürlər». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.

E.Nəsirov bildirib ki, istənilən vaxt Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hərbi əməliyyatlar yenidən başlaya bilər. Onun sözlərinə görə, bu səbəbdən də həmsədrlər hər zaman çalışırlar ki, həm xarici işlər nazirləri, həm də prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar.

«Prezidentlərin Paris danışıqlarından sonra növbəti görüşün gələn ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Məclisinin növbəti sessiyasında olacağı haqqında ilkin razılaşma var. Hərhalda hesab edirəm ki, hadisələrin gərginləşmə dinamikası onu göstərir ki, həmsədrlər regiona yenidən bir sıra səfərlər edib və prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olmağa çalışacaqlar. Bu ilin dekabr ayının əvvəlində Bazeldə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə predmeti olacaq. Amma bu müzakirələrdə nə isə uğurlu nəticə hasil olacağı inandırıcı deyil»- deyə, politoloq qeyd edib.