Xəbərlər
Jalə Əliyeva: Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin keçirilməsi iki dövlət arasında yüksək münasibətin göstəricisidir
«Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin keçirilməsi iki dövlət arasında yüksək münasibətin göstəricisidir». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, hər iki ölkə arasında siyasi və iqtisadi əlaqələr güclüdür. Onun sözlərinə görə, xalqlarımızın birliyinin daha da güclənməsində mədəni əlaqələr də mühüm rol oynayır.
«Türk xalqları arasında birliyin güclənməsi tarixi bir zərurətə çevrilib. Xüsusilə, dünyanın qloballaşdığı şəraitdə bu birlik öz əhəmiyyətini daha da aktuallaşdırır. Ona görə də, siyasi əlaqələrlə yanaşı mədəni əlaqələrin də inkişafı vacib məsələdir»- deyə, J.Əliyeva qeyd edib.