Xəbərlər
Serbiya spikeri Azərbaycana gələcək
Serbiya Milli Assambleyasının sədri Maya Qoykoviç Bakıda Azərbaycan və Serbiya arasında parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Bunu Trend-ə diplomatik mənbə deyib.
Onun sözlərinə görə, səfər yaxın vaxtlarda baş tutacaq. Diplomatik kanallar vasitəsilə səfərin dəqiq tarixi dəqiqləşdirilir. Spiker səfər zamanı Milli Məclis və hökumətdə görüşlər keçirəcək.