Xəbərlər
Partiya veteranın yubileyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatında partiya fəalı, uzun illər Allar ərazi partiya təşkilatının sədri olmuş Caniyev Mirzəağa Zəki oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. O qeyd edib ki, Mirzəağa Caniyev uzun illər partiya ideyalarının təbliği və ictimai fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm töhfələr verib.
Mirzəağa Caniyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib.
