Xəbərlər
Azərbaycanın müdafiə naziri Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlav ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/12b09c529e6c85aa716d24a0c4a49991.jpg&w=360)
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə Belçika Krallığında rəsmi səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfərin ilk günündə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilmişdir.
Müdafiə naziri, general-polkovnik Z.Həsənov ilə general F.Bridlav arasında keçirilən görüşdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.
Sonra Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olmuşdur.