YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.”