YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev – Milli dövlətçiliyimizin xilaskarı”

Dekabrın 8-də Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatında YAP Ucar rayon təşkilatında 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev – Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində abidəsi önünə tər çiçək dəstələri düzüb, əziz xatirəsi ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilib.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının konfrans zalında davam edən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirə giriş sözü ilə acan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşları və bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əlirza oğlu Əliyevin dekabrın 12-də anım gününə hazırlaşır. Azərbaycan xalqı Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.

Ucar şəhər 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rüfanə Həşimova “Heydər Əliyevin həyat və fəaliyyəti xalqa xidmət simvoludur”, Ucar şəhər 3 nömrəli tam orta məktəbin direktoru Anar Misirov “Siyasi zirvələri fəth edən lider – Heydər Əliyevin 1982-1990-cı illər fəaliyyəti”, Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Xaliq Sadıqov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda məruzələr ediblər.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Ucar rayon Heydər  Əliyev Mərkəzinin keçirdiyi Təqdimat müsabiqəsində I yeri tutmuş Ucar şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Almaxanım Qəhrəmanova Heydər Əliyev haqqında təqdimatla, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 36 saylı Qazıqumlaq kənd kitabxanasının filial müdiri Aysel Vəzirova Ümummilli Lider haqqında şerlə çıxış ediblər. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq və bu irsi öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını itirməyən qlobal məsələdir.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.