Xəbərlər
Ədalət zəfər çaldı
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
30 il ərzində beynəlxalq təşkilatlar, supergüclər Azərbaycanın torpaqlarının 20 faizinin düşmən tapdagında, işgal altında qalmasına göz yumdu. Erməni vandalizmi dünyanın az qala yarısı tərəfindən gizli və aşkar şəkildə dəstəklənirdi. Həmin dövrdə BMT-nin Baş Assambleyasının qətnamələri kagız üzərində qaldı.
ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq illər boyu Qarabağ probleminin həlli ilə bağlı heç bir səy göstəmədi. Nəhayət, 44 günlük Vətən müharibəsində nəticəsində Azərbaycan Ordusu haqq-ədaləti bərqərar etdi. Düşmənin başı əzildi, ermənipərəst qüvvələr gördülər ki, Azərbaycanın iradəsi qarşısında acizdirlər. Üçtərəfli Bəyanatın bəzi müddəalarına zaman keçdikcə əməl etməyən Ermənistanın silahlı birləşmələri Qarabağ ərazisində hələ də təxribat törətməklə məşğul idilər.
2023-cü il sentyabrın 19-20-də şanlı ordumuzun həyata keçirdiyi lokal antiterror əməliyyatları ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Müzəffər Ali Baş Komandan xalqa müraciət edərək bildirdi ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərmişlər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
Bu gün tam qətiyyətlə deyə bilərik ki, dogma torpaqlarımızda erməni separatizminin kökü birdəfəlik kəsilib. Bu Zəfər Vətən naminə əzmkarlığın, prinsipiallığın və qətiyyətin dünyaya nümunəsidir. Deməli, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələrin fəthinə doğru yol almışıq.
Dövlətimizin başçısı sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə deyib: “Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”.
Xalqımız 100 illər keçsə belə, bu tarixi unutmayacaq. Daha da güclənmiş Azərbaycan dövlətinin vətəndaşları bu tarixi hadisəni uzun illər qeyd edəcəklər. Azərbaycanın Dövlət suverenliyi, dönməzdir, əbədidir!