YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərdən dirçəlişə

Təvəkkül Əliyev

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri 

2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin böyük Zəfərlə başa çatması ilə Azərbaycan ərazilərinin 30 ərzində davam edən işğalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın işğalçı ordusu məhv edildi. Düşmənin canlı qüvvəsinə və texniki təchizatına ağır zərbə vuruldu, işğalçıya və onun himayədarlarına layiq olduqları yer göstərildi.

Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qrupları yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. Erməni separatçı quldur dəstələri Rusiyanın müvəqqəti şəkildə bölgədə yerləşdirilmiş sülhyaratma kontingentinin gözü qarşısında yeni səngərlər və mühəndis-istehkam xətləri qurur, bölgəyə yeni hərbi qüvvələr və hərbi təchizat daşınmasını davam etdirirdilər. Yəni açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar aparılırdı və müşahidəçilər də bunun belə olduğunu inkar etmirdilər.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Bununla da təkcə Qarabağda deyil, Cənubi Qafqazda erməni separatizminin kökü kəsildi. Bu, Azərbaycanın qazandığı ən möhtəşəm hərbi uğurlarından biri, müzəffər ordumuzun növbəti tarixi Zəfəridir. Həmin gündən sonra qalib Azərbaycan yeni tarixi mərhələyə qədəm qoydu.

Bu gün üçrəngli dövlət bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qürurla dalğalanır. Artıq işğaldan azad edilmiş ərazilərimizə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi prosesi sürətlə davam etdirilir. Heç şübhəsiz ki, bütün bu uğurların təməlində Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır.