YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın uğurlu siyasətinin nəticəsi...

Mansur Quliyev           

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Tarixə nəzər saldıqda zaman-zaman ermənilərin işğalçılıq siyasətinin, Azərbaycana qarşı olan torpaq iddialarının şahidi oluruq və bu məkirli siyasət erməni xislətinin sağalmayan sindiromudur. Bölgədə hər zaman təxribat və terrora əl atan Ermənistan 1988-ci ildən başlayaq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar. Nəticə etibarı ilə bədnam qonşularımız Azərbaycanın torpaqlarının 20 fazini işğal etdilər.

30 ilə yaxın bir müddət ərzində Azərbaycan Ermənistanla danışıqlar masasında Qarabağ probleminin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirərək sülh mövqeyini ortaya qoydu. Lakin Ermənistan sülh danışıqlarından boyun qaçıraraq cəbhədə silsilə təxribatlara əl atmağa davam etdi.

2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xəttində genişmiqyaslı hərbi təxribatlarının qarşısını almaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, cəmi 44 gün ərzində düşmən qüdrətli diz çökdü. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək iradəsini və gücünü ortaya qoydu. Şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsinin taleyini demək olar ki, həll etdi.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi Qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir və bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu müstəqil xarici siyasət yürüdür və qalib tərəf kimi bölgədə dayanıqlı sülhün bərqərar olması üçün öz müsbət töhfələrini verir.

Vətən müharibəsinin məntiqi davamı kimi, 2023-cü il sentyabrın 19-20-də Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiyası proseslərinə də start verildi. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsidir.