YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən güclü dövlətlər sırasında

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Dünyada bir çox mötəbər qurumlar, həmçinin siyasi, iqtisadi və digər bir çox sahələri əhatə edən beynəlxalq təsisastlar fəaliyyət göstərir. Qüdrətli Azərbaycan həmin mötəbər təşkilatların bir çoxuna üzv dövlətdir. Hətta elə təşkilatlar vardır ki, Azərbaycan həmin qurumda qonaq qismində və ya müşahidəçi mövqedən çıxış edir. Ali Avrasiya İqtisadi Şurası da nüfuzlu təşkilatlardan biri kimi uzun müddətdir fəaliyyət göstərir. Azərbaycan həmin qurumun üzvü olmasa da, qruma üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri qurub.Təbii ki,Ermənistan istisna olmaqla. Ancaq, Azərbaycan Prezidentinin irəli sürdüyü sülh təklifi məhz Ermənistana belə bir tarixi şans verir. Ermənistan tarixi həqiqətləri qəbul etməli, digər dövlətlər kimi Azərbaycanın regionda yaratdığı yeni geosiyasi və geostrateji reallıqlar fonunda yaranmış iqtisadi inkişafdan yararlanmalıdır. Beləliklə həm C.Qafqaza davamlı sülh gələcək, həm də bu addım Ermənistanın rifahına müsbət təsir göstərəcək. Məhz bu məsələlər bir neçə gün öncə Moskvada keçirilən görüş zamanı cənab Prezident tərəfindən bir daha xüsusilə vurğulandı. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə cari ilin mayın 25-də Moskvaya işgüzar səfərdə olub. Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Görüş çərçivəsində Qarabağ məsələsi, həmçinin Laçında qurulan Nəzarət-Buraxılış Məntəqəsi, Zəngəzur dəhlizi ilə əlaqədar geniş fikir mübadiləsi də aparılıb. Azərbaycan Prezidenti bu platformada sadəcə Ermənistan siyasi rəhbərliyinə deyil bütün erməni xalqına, dünya ictimaiyyətinə əsl tarixi həqiqətləri çatdırdı.  Bir sözlə növbəti dəfə cənab Prezident tarixdən bixəbər olan Nikol Paşinyana geniş və məzmunlu şəkildə tarixi dərs keçdi. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.

İqtisadi məsələlərlə bağlı fikir bildirən cənab Prezident qeyd etdi ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir.

Bəli, Azərbaycan bütün sahələrdə olduğu kimi iqtisadi cəhətdən də güclü dövlətdir. Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi uğurlu islahatlar dövlətimizin güclənməsi və xalqımızın rifahı naminə hesablanıb. İqtisadiyyatı güclü olan dövlət əsla yenilməz. Sadəcə Ali Avrasiya İqtisadi Şurasının iclasında deyil Azərbaycan bütün platformalarda öz konstruktiv mövqeyini ortaya qoyur və həqiqətən etibarlı, starateji tərəfdaş olduğunu əyani olaraq sübuta yetirir.