Xəbərlər
Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib

Prezident İlham Əliyev “Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə 7 nəfər “Tərəqqi” medalı, 4 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.