YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Sabirabad rayonunda Partiyanın fəal gəncləri ilə görüşüb.

Görüşdə Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyasının VII Qurultayında Partiyamızın sədri, Prezident cənab İlham Əliyev tərəfindən gənc nəslin tərbiyəsi istiqamətində vurğulanan hədəflərdən danışaraq bildirib ki, YAP Gənclər Birliyinin qarşısında dayanan əsas vəzifələrdən biri də gənclərin ölkəmizin tərəqqisində, müstəqilliyimizin möhkəmləndirilməsində fəallığını artırmaqdır. Bu baxımdan gənclərin yüksək dünya görüşünə yiyələnməsi üçün səmərəli təhsil alması çox vacibdir. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaradıb. Həmin reallıqlar fonunda artıq gənclərimizin əsas məsuliyyəti savadlı vətəndaş olaraq ölkəmizin dayanıqlı inkişafına töhfə verməkdir.

B.İslamov qeyd edib ki, YAP Gənclər Birliyi tərəfindən gənclərimizin intellektual potensialını inkişaf etdirmək üçün silsilə tədbirlər keçirilir. Partiyamızın fəal gənclərinin üzərinə düşən əsas vəzifə isə yerlərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini təşviq etmək, onların inkişafına hədəflənmiş layihələrin icrasına dair təşəbbüslə çıxış etməkdir.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.