YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımını törədənlər öz əməllərinə görə layiqli cəzalarını alacaqlar

Əli Hüseynli,

Milli Məclisin deputatı

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq hər il fevral ayının 26-sı ölkəmizdə  “Xocalı Soyqırımı Günü” kimi qeyd olunur. Əlamətdardır ki, bu il xalqımız bu faciənin növbəti 29-cu ildönümünü işğalçı üzərində qazanılmış tarixi qələbə ruhu ilə anır. Yeni reallıqlar Xocalı qətliamının siyasi və hüquqi aspektlərini daha mükəmməl şəkildə təhlilini zəruri edir.

Beynəlxalq hüququnun normalarına əsasən Ermənistanın dövlət qismində Xocalıda törətdiyi əməllər beynəlxalq cinayət hesab olunur və keçmiş SSRİ-nin Xankəndində yerləşdirilmiş və rəhbər strukturlarında çoxlu sayda erməni əsilli zabitlərin xidmət etdiyi 366-cı motoatıcı alayının hərbi qulluqçularını və zirehli texnikasını cəlb etməklə bu əməlləri törətmiş şəxslərin - Ermənistanın əvvəlki prezidentləri Serj Sarkisyan və Robert Koçaryanın, həmçinin bu dövlətin bir çox digər yüksək vəzifəli siyasi və hərbi qulluqçularının, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərlərinin fərdi məsuliyyətinə səbəb olur.  

İlk dəfə olaraq 1993-cü ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət  edərək Xocalıda baş vermiş qanlı hadisələri soyqırım kimi tanınmasına səy göstərmişdir. Məktubda deyilir: ”...1992-ci ilin fevral ayında erməni işğalçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 800 nəfərin ölümü ilə nəticələn Xocalı soyqırımını həyata keçirdi. Həmin ilin may ayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi. Açıq təcavüz faktı o dərəcədə aşkardır ki, hər hansı əlavə faktlar gətirmək lüzumsuzdur...İzah olunanlarla əlaqədar xahiş edirəm, Təhlükəsizlik Şurası dərhal çağırılsın və təcavüzkarı dayandırmaq, qan tökülməsinə son qoymaq, Azərbaycan Respublikasının yüz minlərlə müdafiəsiz dinc sakinini qorumaq üçün, nəhayət, kəsərli və təxirəsalınmaz tədbirlər görülsün”.

İndiyədək respublikanın hüquq-mühafizə orqanları tərəfindən baş vermiş həmin cinayətlə bağlı müəyyən hüquqi addımlar atılmış, yüzlərlə cinayət işi açılmış, bir çox şəxslər barədə beynəlxalq axtarış elan olunmuşdur. Xocalıdakı kütləvi qırğın 2005-ci il mayın 5-dən etibarən Azərbaycan Respublikasının qərarı əsasında qanunun retroaktiv tətbiqindən istifadə olunaraq soyqırımı kimi qiymətləndirilmişdir.

BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948- d il tarixli "Soyqırım dnayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası, bir sıra beynəlxalq hərbi və cinayət tribunallarının  nizamnamələri, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri,  Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı  Xocalı hadisələrinin soyqırım cinayəti kimi tanınmasının hüquqi əsaslarını təşkil edən mötəbər sənədlərdir.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-d il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasında ifadə olunmuş tərifə tam uyğundur.

 

Xocalı hadisələrinin soyqırım kimi tanınması bu cinayəti törətmiş şəxslərin cinayət təqibini və cəzalandırılmasını, icraçılara  universal yurisdiksiyanın prinsiplərinin tətbiq edilməsini, soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətlərin  həyata keçirilməməsinə görə məsuliyyətin müəyyənləşdirilməsini, cinayətkar şəxslərin məsuliyyətə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməsini özündə ehtiva edir.

Göstərilən ardıcıl səylərin nəticəsi olaraq bu gün İslam Əməkdaşlıq Təşkilatı, 10-dan çox ölkənin hökümət və ya parlamenti və ABŞ-ın 21 ştatı Xocalı soyqırımını rəsmən tanıyir. Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası beynəlxalq miqyasda bu uğurların əldə olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu istiqamətdə aparılan işlərin strategiyanın davamını Prezident İlham Əliyevin Xocalı soyqırımının mahiyyəti barədə fikirləri təşkil edir: "Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir…Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni dnayətkarları məhkəmə qarşısında cavab verəcəklər".