YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana dəymiş zərərin miqdarı açıqlanıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizə dəymiş zərərin miqdarı açıqlanıb.
Erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə işçi qrupun üzvü Nüsrət İbrahimov məlumat verib ki, Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollar təşkil edir. Əhalinin mülkiyyətinə isə 55,4 milyard dollar məbləğində zərər vurulub.
Qeyd edilib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərin 190 milyard dollardan artıq olacağı şübhə doğurmur.

 

DİGƏR Xəbərlər Arxiv