YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Masallı rayon təşkilatının nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

15 İyun - Milli Qurtuluş Günü münasibətilə “15 İyun - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” devizi altında Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərə səfər təşkil olunub.

Səfərdə YAP Masallı rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və fəalları, həmçinin şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

İştirakçılar Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əskəran şəhərlərinə səfər edərək Azərbaycanın tarixi torpaqlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər zamanı iştirakçılar Qarabağın zəngin təbii gözəlliklərini seyr etmək, regionun sosial-iqtisadi inkişafı istiqamətində görülən işləri yerində müşahidə etmək imkanı əldə ediblər. Eyni zamanda, azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesləri, müasir infrastruktur layihələri və qurulan yeni yaşayış məntəqələri barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi iştirakçılarda milli-mənəvi dəyərlərə bağlılığın daha da möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin təbliği, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verməkdir. Bu cür səfərlər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda əldə olunmuş tarixi nailiyyətlərin təbliği və işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq proseslərinin ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

DİGƏR Xəbərlər Arxiv