YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ üzrə böyük sülh sazişi üzərində işə başlamağa hazırdır

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə hər bir görüşün səmərəli olmasını istərdi ki, bu proses irəliləsin. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünü şərh edərkən belə deyib.

Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazırdır.

Xarici işlər naziri qeyd edib ki, qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla bağlı məsələlərin həlli üzrə strukturlar arasında işçi qruplarının yaradılması haqqında bir sıra təkliflər olub: "Azərbaycan ekspertlər səviyyəsində belə danışıqlara başlamağa hazırdır. Biz Ermənistan tərəfindən cavab gözləyirik".

 

DİGƏR xəbərlər Arxiv