YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır

«Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla  icrasına təminat verməkdədir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr əhatəliyin maksimum dərəcədə artırılması, səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir. 

«Artıq bir neçə gündür ki, respublikamızın ali maliyyə qanunu - büdcə zərfi və onunla bağlı digər sənədlər parlamentin komitə və plenar iclaslarında geniş müzakirə olunur. Debatlarda büdcənin mahiyyətini təmin edən əsas müddəalar daha çox diqqəti cəlb edir. Bunlardan birincisi dövlət büdcəsinin mədaxil hissəsinin əvvəlki ilə nisbətən 20% artması, ikincisi ölkədə möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı geniş miqyaslı iqtisadi və sosial islahatların sənəddə rəqəmlərlə bariz ifadəsi, ücüncüsü və düşünürəm ki ən əsası büdcəmizin sosial yönümlü və investisiya tutumlu olmasıdır. Bütün müzakirələr bir daha onu göstərdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafının baş məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır»- deyə, komitə sədri vurğulayıb.