YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz bu yolu heç bir yerdən heç bir kredit almadan öz daxili imkanlarımız hesabına tikdik

Biz heç bir yerdən heç bir yardım almadıq, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, son illər Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə çox güclü infrastruktur yaranmasına gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz və bölgə, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

“Bakı-Tbilisi-Qars, bir daha qeyd etmək istəyirəm ki, tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək, bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu tarixi hadisə münasibətilə mərasim iştirakçılarını təbrik edən dövlətimizin başçısı əminliyini bildirib ki, Bakı-Tbilisi-Qarsın yolu həmişə açıq olacaq.