YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Dağlıq Qarabağ münaqişənin həlli yönündə beynəlxalq birlik fəallıq göstərmir

«Dağlıq Qarabağ münaqişənin həlli yönündə beynəlxalq birlik fəallıq göstərmir». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür. Onun sözlərinə görə, əgər beynəlxalq birlik nəticə eldə etmək istəyirsə Ermənistan ağıla gətiirilməlidir.

«Hazırda dünyada mürəkkəb proseslər baş verir. Məlumdur ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər dünyadakı münaqişələrin həllinə müxtəlif aspektlərdən yanaşırlar. Burada maraqlar da əsas  rol oynayır. Ona görə də, Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələr də öz həllini tapa bilmir. Ermənilərin son davranışları da onların xoşluqla sülhə gəlmək fikrində olmadığı göstərir»- deyə,   R.Musabəyov qeyd edib.