YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql edilib

İyul ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 544 min 60 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yanvar-iyul aylarında bu kəmərlə 17 milyon 87 min 200 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən cari il avqust ayının 1-dək BTC-yə 252 milyon 228 min 793 ton neft vurulub.

Keçən ay BTC kəməri ilə 418 min 773 ton Türkmənistan və Qazaxıstan nefti də nəql edilib.

DİGƏR Xəbərlər Arxiv