YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan Partiyası - 2013» jurnalı nəşr edilmişdir

Yeni Azərbaycan Partiyasının İcra katibliyi tərəfindən partiyanın 2013-cü il ərzində fəaliyyətini əks etdirən«Yeni Azərbaycan Partiyası -  2013»  jurnalı nəşr edilmişdir.

Jurnalda 2013-cu ilin oktyabr ayında keçirilmiş prezident seçkilərinə xüsusi yer verilmişdir. Seçki kampaniyası ərzində partiyanın tədbirləri və qələbə uğrunda həyata keçirilən möhtəşəm təbliğat kampaniyası öz əksini tapmışdır.

Nəşrdə ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın V Qurultayında və andiçmə mərasimindəki nitqləri verilmişdir.

Jurnalda «9 oktyabr prezident seçkiləri: YAP-ın uğurlu seçki kampaniyası», «Yeni Azərbaycan Partiyasının V Qurultayı: qələbəyə aparan yol», «Azərbaycan 2013-cü ildə: sosial-iqtisadi nailiyyətlər», «Heydər Əliyev: Böyük Azərbaycanlı», «Yeni Azərbaycan Partiyası-regionun lider partiyası», «Partiyanın beynəlxalq əlaqələri - yeni hədəflər, yeni imkanlar», «YAP Qadınlar Şurasnın fəaliyyəti yeni mərhələdə» və «YAP Gənclər Birliyi – intellektual gənclik» bölmələrində həm ölkəmizin, həm də partiyamızın 2013-cü il ərzində qazandığı nailiyyətlər geniş şəkildə əksini tapmışdır.

DİGƏR Xəbərlər Arxiv