YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Biz YAP-ın sıralarında birləşməklə dövlətçiliyin xidmətində dayanmışıq

«Ötən illər ərzində qürur duyduğumuz uğurlu addımların sayı daha da artıb. Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışıb, dövlət quruculuğu prosesinə layiqli töhfələr veriblər. Son zamanlar YAP sıralarına çox fəal qadınlar daxil olurlar. YAP Qadınlar Şurasının müsbət işlərinin nəticəsidir ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyaları geniş təbliğ edilir və sağlam düşüncəli qadınlar partiya sıralarına cəlb olunurlar»”. Bu fikirləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova YAP Qadınlar Şurasının 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.

B.Muradova bildirib ki, YAP yarandığı ilk gündən onun sıralarında qadınlarımız da olub. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olublar. Bütün çətin anlarda onlar sınaqlardan üzüağ çıxıb, öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetiriblər.

“Biz YAP-ın sıralarında birləşməklə dövlətçiliyin xidmətində dayanmışıq. Bu nümunə həmişə qeyd olunmaqdadır. YAP qədər qadın amilinə yüksək dəyər verən ikinci siyasi təşkilat yoxdur. Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə minnətdarıq və hesab edirik ki, Azərbaycan qadınları qarşılarında duran vəzifələri yerinə yetirmək üçün çox böyük imkanlara malikdirlər. Prezident İlham Əliyevin səyləri nəticəsində bu imkanlar daha da genişlənməkdədir”, - deyə vitse-spiker vurğulayıb.