Xəbərlər
Zəfər Günü Şəmkirdə də qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Məhəmməd Füzuli adına məktəb-liseydə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Azərbaycan əsgəri Vətən müharibəsində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərərək düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.
Sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək qeyd edib ki, bu Zəfər Azərbaycan xalqının gücünü, dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri isə bu bölgənin sosial-iqtisadi dirçəlişini təmin edib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və digər partiya fəalları bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir daha sonra bədii hissə ilə davam edib.
